Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2023 21:51
"Rusiya hakimiyyəti əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir".
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiyada səfərbərliyin növbəti dalğası üçün hazırlıqlar görülür: "Novosibirsk Dövlət Pedaqoji Universiteti, Tomsk Politexnik Universiteti, Tomsk Dövlət Pedaqoji Universitetində artıq hazırlıqlar başlayıb".
Məlumata görə, Rusiyada səfərbərlik aprelin 1-dən - hərbi xidmətə yaz çağırışının başlanmasından əvvəl həyata keçiriləcək və lazım gələrsə, çağırışın başlanması gecikdirilə bilər.
Qeyd edək ki, daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.