Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanın qardaş dəstəyini heç vaxt unutmayacağıq''

''Azərbaycanın qardaş dəstəyini heç vaxt unutmayacağıq''

Tarix: 24 Fevral 2023 14:30

Zəlzələ zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyini heç vaxt unutmayacağıq.

Bu barədə TurkicWorld-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

"Azərbaycan dağıdıcı zəlzələnin ilk günündən Türkiyəyə dəstək olaraq zəlzələdən xəsarət alanlara hər cür dəstək göstərib", - deyə administrasiyadan qeyd edilib.

Administrasiyadan onu da əlavə ediblər ki, Azərbaycan və Türkiyə qardaşlığı göz qabağındandır - sevincimiz, kədərimiz, zəfərimiz ortaqdır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.

Milli.Az


Etiketlər:  Azərbaycanın qardaş dəstəyini heç vaxt unutmayacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ