Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolbasa yeyərkən orqanizmdə nə baş verir? - Həkim açıqladı

Kolbasa yeyərkən orqanizmdə nə baş verir? - Həkim açıqladı

Tarix: 1 Mart 2023 18:27

"Fastfud qidalar, sosis, kolbasa, hisə verilmiş ət məhsullarından maksimum uzaq durmaq lazımdır. Sadalanan qidalar və enerji içkiləri immun sisteminin bir nömrəli düşmənləridir".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində immunitet və vitamin çatışmazlığı haqqında danışarkən deyib.

İstehlak edilən qidalar arasında immun sisteminə xeyri olmayan məhsullar var ki, immun sistemini zəiflədir:

"Enerji içkiləri, digər qazlı, rəngli içkilər, tütün məhsulları immun sisteminə ziyan vurur. Gündəlik həyatda qidalanma zamanı üstünlük verilən məhsullar sağlam olmalıdır. Orqanizmin sadəcə tərəvəzə, ət məhsullarına və ya meyvəyə ehtiyacı yoxdur. Orqanizmin balanslaşdırılmış qidalanmaya ehtiyacı var. Su belə normasında içilməlidir. Ürək, qan-damar sistemi xəstəliyi olan şəxs gündəlik 3-4 litr su qəbul edərsə, bu, ona ziyan verə bilər.

Ona görə də orqanizmin zülala, karbohidrata, yağlara və s. digər maddələrə də ehtiyacı var. Biz bədənimizi tanımalı və orqanizmi bütün bu maddələrin ehtiyac olduğu qədəri ilə təmin etməliyik ki, immun sisteminin fəaliyyəti pozulmasın".


Etiketlər:  Kolbasa yeyərkən orqanizmdə baş verir Həkim açıqladı


RƏYLƏR