Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2023 23:10
Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında finala yüksəlib.
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, idmançı üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib.
Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.
Qeyd edək ki, yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.