Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənninin özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir? - FOTO

Məşhur müğənninin özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir? - FOTO

Tarix: 3 Mart 2023 19:25

64 yaşlı amerikalı müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə görüşməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily.Mail" müğənniyə yaxın mənbəyə istinadən xəbər verib.

Məlum olub ki, boksçu müğənninin övladlarının məşqçisidir. Coş Popper öz "Instagram" hesabında bir neçə foto yerləşdirib ki, onlardan biri də Madonna ilə birlikdə olduğu fotodur. Madonna da həmçinin sosial şəbəkələrdə Popperlə olan şəklini paylaşıb.

Bildirilib ki, Madonna ilə Popper arasındakı münasibət təkcə dostluqdan ibarət deyil.

Boksçu sosial şəbəkədə pərəstişkarlarının Madonna ilə münasibəti barədə verdikləri suallara cavab verməyib. Eyni zamanda Popperin sosial şəbəkə abunəçiləri onların bir-birinə yaraşdıqlarını qeyd ediblər.

Milli.Az


Etiketlər:  Məşhur müğənninin özündən 35 yaş kiçik boksçu sevgilisi kimdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ