Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Depressiya immun sistemini zəiflədir?

Depressiya immun sistemini zəiflədir?

Tarix: 4 Mart 2023 16:33

Depressiya və immun sisteminin vəziyyəti arasında əlaqə sübut edilib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Bristol Universitetinin alimləri depressiya ilə immunitet sisteminin vəziyyəti arasında əlaqə olduğunu sübut ediblər.

Araşdırma göstərir ki, psixi pozğunluğun inkişafı qanda müxtəlif immun hüceyrələrin sayının dəyişməsi ilə müşayiət olunur.

İmmun sistemimizin müxtəlif  komponentlərində - həm anadangəlmə, həm də adaptiv immun cavabında dəyişikliklər depressiyaya səbəb ola bilər.

İndi immun hüceyrələrində baş verən bu dəyişikliklərin depressiyanın səbəbi və ya nəticəsi olduğunu aydınlaşdırmaq mütəxəssislərin üzərinə düşür. Eyni zamanda, tədqiqatçılar vurğulayırlar ki, onların tapıntıları bu cür immun hüceyrələrində artım olan hər kəsin mütləq depressiv pozğunluq inkişaf etdirəcəyi demək deyil.


Etiketlər:  Depressiya immun sistemini zəiflədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ