Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 08:16
Kahramanmaraşda baş verən zəlzələdən sonra Onikişubat mahalının Tekir rayonundakı Yeşilgöz gölündə suyun rəngi dəyişib.
Sonxeber.net tribunainfo.az-a istinadən xəbər verir ki, əvvəlcə gölün suyu quruyub, ardınca suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıtdıqca suyun rəngi dəyişib.
Əvvəllər firuzəyə bənzər görünüşü ilə diqqət çəkən Yeşilgözün suyu zəlzələdən sonra qəhvəyi rəngdə olub. Palçıqlı suya bənzəyən Yeşilgözün son vəziyyəti kameralara əks olunub.
Bütün fəsillərdə soyuq suyu, bənzərsiz mənzərəsi və göz oxşayan gözəlliyi ilə Kahramanmaraşın bədbəxtliyi adlandırılan Yeşilgöz bölgəyə gələn yerli və xarici turistlərin diqqət mərkəzində olub.