Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşkəsəndə avtomobil yanıb (FOTO/VİDEO)

Daşkəsəndə avtomobil yanıb (FOTO/VİDEO)

Tarix: 17 Oktyabr 2019 16:15

Bakı. Trend:

Daşkəsəndə avtomobil yanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 16-da səhər saatlarında Daşkəsən rayon ərazisində E.Zeynalovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin mühərrik hissəsində anidən yanğın hadisəsi baş verib. Sürücü dərhal hərəkəti dayandırıb.

Hadisə yerində xidmət aparan Daşkəsən rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar.

Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Daşkəsəndə avtomobil yanıb (FOTO/VİDEO) Daşkəsəndə avtomobil yanıb (FOTO/VİDEO) Daşkəsəndə avtomobil yanıb (FOTO/VİDEO) Daşkəsəndə avtomobil yanıb (FOTO/VİDEO)


Etiketlər:  Daşkəsəndə avtomobil yanıb FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ