Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 16:42
Bakı. Samir Əli - Trend:
Nizami rayon Prokurorluğu sentyabrın 15-də Masallıda it dişləyən azyaşlının ölümü ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Trend-ə verilən məlumata görə, araşdımalar zamanı məlum olub ki, azyaşlı Masallı rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona 4 dəfə peyvənd vurulub. Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da vəfat edib. Nizami rayon prokurorluğunda material qaydasında araşdırma aparılır. Valideynlərinin hər hansı şikayəti olmayıb.
Xatırladaq ki, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin