Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qulağı kəskin ağrıdı: Az sonra öldü

Qulağı kəskin ağrıdı: Az sonra öldü

Tarix: 14 Mart 2023 22:57

ABŞ-da 13 yaşlı Culiya Çaves şiddətli qulaq ağrısından bir neçə saat sonra vəfat edib.

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, fevralın ortalarında qız özünü pis hiss edib, şiddətli baş ağrısı və qulağındakı ağrılardan şikayətlənib. Valideynləri onu dərhal xəstəxanaya aparıblar. Həkimlər uşağa antibiotik yazıb evə göndəriblər.

Fevralın 12-də qız evdə huşunu itirib, xəstəxanaya aparılıb. Bu dəfə o, daha ətraflı müayinəyə göndərilib. Tezliklə həkimlər ona leykemiya diaqnozu qoyublar. Bundan 12 saat sonra Culiya Çaves ölüb. Ekspertiza onun beynində, mədəsində və ağ ciyərində qanaxma olduğunu göstərib.

Leykemiyanın əlamətləri: solğunluq, yorğunluq, tez-tez və ağır göyərmələr, nəfəs darlığı, başgicəllənmə, ürək döyüntüsünün artması, qızdırma, boğaz ağrısı, diş ətlərinin qanaxması, burun qanamaları, dəridə qan ləkələri və ya səpgilər (petexiya adlanır), səbəbsiz çəki itkisi, bulanıq görmə.

Culiyanın atası Dennis Li Çaves qızının vaxtaşırı başında və qulaqlarında ağrılar olduğunu, bədənində tez-tez qançırlar əmələ gəldiyini deyib.

"O, qançır olanda necə əmələ gəldiyini soruşduq. O, çiyinlərini çəkərək "bilmirəm" dedi", - atası bildirib.

Culiyanın anası əlavə edib ki, qızının sağlamlığı həmişə yaxşı olub və heç vaxt burun axmasından daha ciddi bir şeylə xəstələnməyib.


Etiketlər:  Qulağı kəskin ağrıdı sonra öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ