Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2023 17:10
Azərbaycan bazarında xaricdən gətirilən balıqlar üstünlük təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda kütüm, ağ balıq, kifal, sazan və s. balıqları tapmaq müşkülə çevrilib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Azərbaycan bazarında satışa çıxarılan adıçəkilən balıqların əksər hissəsi Xəzərin Rusiya və İran sahil sularından tutulan balıqlardır.
Yerli balıqların qiyməti də digər ölkələrdən gətirilənlərdən bahadır. Bəzən aradakı qiymət fərqi 3 manat və daha çox təşkil edir.
Satıcılar və alıcılar da yerli balıqlara tələbatın çox olduğunu bildirir.
Qeyd edək ki, Kürdə sululuğun azalması bu çay vasitəsilə Xəzərə gələn balıqların sayına da təsir edir. Bu hal qıtlığı daha da artıra bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: