Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2023 21:36
Rusiyanın Volqoqrad vilayətində üç yaşlı uşağı döyən qadına qarşı cinayət işi açılıb.
Sonxeber.net Lent.az-a istinadla bildirir ki, qadın körpəni ağladığı üçün mütəmadi olaraq döyüb.
Martın 13-də Volqoqrad vilayətinin Kotelnikovski rayonundakı Nijniye Çerni kəndində azyaşlı uşaq xəstəxanaya aparılıb. Uşağın ağır döyüldüyü üzə çıxıb. Müstəntiqlərin müəyyən etdiyi kimi, fevraldan mart ayına qədər azyaşlı öz xalasıgildə yaşayıb, anası xəstəxanada olub.
Qadın körpəni saxlayarkən qəddar üsullara əl atıb. Belə ki, uşaq ağlayanda xala onu döyüb.
Azyaşlıya işgəncə verilməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Həkimlər xəsarət alan oğlanın vəziyyətini orta ağır kimi qiymətləndirib.