Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlərdən xəbərdarlıq: Bu iynəni uşaqlara vurdurmayın!

Həkimlərdən xəbərdarlıq: Bu iynəni uşaqlara vurdurmayın!

Tarix: 22 Mart 2023 07:30

Son zamanlar ABŞ-da yeni ənənə formalaşıb. Uşaqlarının qısaboylu olduğunu düşünən valideynlər onların səhhətlərində heç bir problem olmasa da, "Kosmetik endokrinologiya" adlanan hormon iynəsindən istifadə edirlər.

Sözügedən prossesin geniş vüsət almasına baxmayaraq, həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə "New York Post" yazır. Nəşr bunu "yeni çılğınlıq" adlandırıb.

Ekspertlər vurğulayırlar ki,yeniyetmə uşaqları hədəf alan yeni tendensiya onların ürək problemləri riskini artırır.

Amma ailələr buna gör narahat deyillər. Qəzetə danışan valideyn bildirib ki, bütün varlılar bunun arxasındadır.

O deyib ki, bəzi ailələr uşaqlarını iynə vurdurmağa məcbur edir. Lenox Hill Xəstəxanasından Dr.Erik Ascher xəbərdarlıq edib ki, prosedurun çatışmazlıqları var.

"Ailələr, hormonlar verildikdə uşaqlarının daha atletik və cazibədar olacağını düşünürlər, lakin bu, uşaqlara çox gənc yaşda mənfi sosial mesaj göndərir və ürək problemləri riskini artırır", - o, deyib. (publika.az)


Etiketlər:  Həkimlərdən xəbərdarlıq iynəni uşaqlara vurdurmayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ