Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda pirotexnika fabrikində partlayış: 8 nəfər öldü

Hindistanda pirotexnika fabrikində partlayış: 8 nəfər öldü

Tarix: 22 Mart 2023 22:04

Hindistanın cənubundakı Tamilnad ştatında pirotexnika fabrikində baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 16 nəfər yaralanıb.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, partlayış ştatın paytaxtı Çennayi şəhərindən 80 km cənub-qərbdə, Kuruvimalay rayonundakı zavodda baş verib.

Qeyd olunub ki, 5 nəfər hadisə yerində, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib. 16 yaralı xəstəxanaya yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Fabrikdəki partlayış yanğın nəticəsində baş verib. Hadisənin səbəbləri araşdırılır.

Milli.Az


Etiketlər:  Hindistanda pirotexnika fabrikində partlayış 8 nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ