Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış müğənninin son halı heyranlarını ŞOKA SALDI

Tanınmış müğənninin son halı heyranlarını ŞOKA SALDI

Tarix: 28 Mart 2023 12:50

Dünya şöhrətli müğənni Ariana Grande tanınmaz hala düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun yeni görünüşü heyranlarını narahat edib. 

Belə ki, son vaxtlar tünd saçlarından imtina edərək, sarışın olmağa üstünlük verən ifaçının xeyli arıqlaması da diqqətdən yayınmayıb. 

"Dangerous woman", "Thank you next", "7 rings" və başqa məşhur mahnıları ilə şöhrət qazanan Ariananın niyə belə göründüyü sual doğurur. Hətta izləyicilər onun paylaşımlarına "Ona nə olub? Qaşları onu solğun göstərir", "Yeni imici Arianaya heç yaraşmadı", "Digər məşhurlar kökələndə onlara sosial mediada bullinq edirlər, indi də Arianaya eyni şeyi edirlər", "Arıqlamaq öz seçimidirsə, kim nə deyə bilər ki?" və s. şərhlər yazıblar.

Qeyd edək ki, Ariana Grande 2021-ci ildə Dalton Gomez adlı şəxslə evlənib. 

Milli.Az


Etiketlər:  Tanınmış müğənninin son halı heyranlarını ŞOKA SALDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ