Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 09:18
Azərbaycanlı iki gənc Rusiyada ölüb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə ölkənin Tver vilayətində baş verib.
Belə ki, Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov və onun dostları P. Xəlilovun doğum gününü restoranlardan birində qeyd ediblər.
Sonra vəziyyətləri pisləşən dostlar xəstəxanaya yerləşdiriliblər. Lakin 23 yaşlı P. Xəlilov və dostu göstərilən bütün müdaxilələrə baxmayaraq vəfat edib.
Digər iki şəxsin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Gənclərin qidadan zəhərləndiyi ehtimal olunur.