Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Conson Aİ-dən ''Brexit''i yanvarın 31-dək təxirə salmağı xahiş edib

Conson Aİ-dən ''Brexit''i yanvarın 31-dək təxirə salmağı xahiş edib

Tarix: 20 Oktyabr 2019 08:48

Bakı. Trend:

Böyük Britaniyanın Baş Naziri Boris Conson "Brexit" prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib.

Trend-in "RİA Novosti"yə istinadən vediyi məlumata görə, bu barədə B.Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska ünvanladığı məktubda deyilir.

Məktubda qeyd olunur ki, əgər tərəflər həmin tarixədək Aİ-dən çıxmaq barədə sazişi ratifikasiya edə bilsələr, "Brexit" prosesi bundan əvvəl yekunlaşacaq.

Məlumata əsasən, baş nazir Boris Consonun ünvanladığı məktubun fotosurətində baş nazirin imzası yoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Conson dən Brexiti yanvarın dək təxirə salmağı xahiş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ