Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2023 14:50
Türkiyənin Hatay və Adıyaman vilayətlərində baş verən zəlzələdən sonra bağlanan məktəblər aprelin 24-də yenidən açılacaq.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 50 min 500 nəfərə çatıb.