Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qidalar ürəyə ziyandır

Bu qidalar ürəyə ziyandır

Tarix: 17 Aprel 2023 21:24

Kardioloq ürək sağlamlığına zərər verən qidaların adını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, kardioloq Lyubov Stetsyuk bildirib ki, ürək-damar sistemi xəstəliklərinin inkişafına ən çox meylli şəxslər yaşı 40-dan çox olan insanlardır.

Onun sözlərinə görə, yanlış pəhriz və qeyri-sağlam yemək vərdişləri ürəyin vəziyyətini pisləşdirə bilər:

"Alkoqol ürəyin əsas düşmənlərindən biridir. Bu, həzm sisteminin pozğunluqlarına səbəb olur. Bədənin intoksikasiyasını artırır, qaraciyər və böyrəklərin işini maneə törədir. Həmçinin damarların kövrəkliyini artırır. Kolbasa və hisə verilmiş məhsullar demək olar ki, bütün orqanlara zərər verir. Qırmızı ət çoxlu zərərli doymuş yağ ehtiva edir. Buna görə də həftədə 3 dəfədən çox olmayaraq istehlak edilməlidir".

Milli.Az


Etiketlər:  qidalar ürəyə ziyandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ