Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oruc qandakı toksinləri təmizləyir" – Dietoloq açıqladı

Tarix: 19 Aprel 2023 23:24

"Oruc zamanı qandakı toksinlər təmizlənir, orqanizm az qala 30 günlük baxım prosesinə girir"

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözü türkiyəli dietoloq Fəridə Ağır deyib. 

Onun sözlərinə görə, orucun ilk günlərində yaşanan baş ağrısı və yorğunluq aclıqla deyil, toxumalardan toksinlərin çıxarılması ilə əlaqədardır.

"İlk günlərdə hiss edilən güclü yorğunluq orqanizmin toksinlərlə dolu olduğunun göstəricisidir. Sağlam qidalanan və zaman-zaman detoks edən insanların Ramazana daha tez uyğunlaşdığını deyən mütəxəssis ağır, yağlı və şəkərli qidalar qəbul edənlərin daha çox çətinlik çəkdiyini bildirib".

Həmçinin, dietoloq iftardan imsaka qədər ən az 2 litr su içmək lazım olduğunu qeyd edib. Çünki maye toksinlərin tər və sidiklə bədəndən atılmasını təmin edir. Bununla yanaşı, arıqlamaq istəyənlər də bol su qəbul etməlidir. 

Milli.Az


Etiketlər:  Oruc qandakı toksinləri təmizləyir Dietoloq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ