Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreya sahillərində yanan gəmidən iki rusiyalı dənizçinin cəsədi tapılıb

Cənubi Koreya sahillərində yanan gəmidən iki rusiyalı dənizçinin cəsədi tapılıb

Tarix: 21 Aprel 2023 14:12

Cənubi Koreya sahillərində yanan gəmidən iki rusiyalı dənizçinin cəsədi tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Sahil Mühafizəsi rəsmiləri bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Cənubi Koreyanın Ulsan sahil şəhəri yaxınlığında içərisində 25 nəfərin olduğu Rusiya balıqçı qayığında yanğın baş verib.

Qeyd olunub ki, 769 tonluq gəmi Seuldan təxminən 300 km cənub-şərqdə, Ulsan sularında Rusiyaya doğru istiqamətdə üzərkən alovlanmağa başlayıb.

İlkin məlumatlara əsasən, 21 nəfər təxliyə edilmişdi, lakin yanğın nəticəsində 4 rusiyalının itkin düşdüyü bildirilirdi.

Milli.Az


Etiketlər:  Cənubi Koreya sahillərində yanan gəmidən iki rusiyalı dənizçinin cəsədi tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ