Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2023 20:00
Goranboy rayonunun Kələk kəndində hekatarlarla arpa və buğda sahələri susuzluqdan yanır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, kənd sakinləri bildirib ki, arpa, buğda təxminən 1 aydan sonra biçinə hazır olmalıdır, ancaq onların əkinləri sonuncu dəfə noyabr- dekabr aylarında suvarıldığı üçün yetişmə gecikir. Bu səbəbdən də həmin torpaq sahələrində məhsuldarlıq xeyli aşağı olacaq.
Kələk kəndində artezian quyuları normal işləmədiyindən kəndlilər Şəmkir maşın kanalından yararlanmağa cəhd ediblər, lakin oradan da sakinlərə su verilməyib. Beləcə, sahələr yanaraq məhv olub.
Goranboy rayon Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən kənd ərazisində fəaliyyəti dayanan subartezian quyusu 2023-cü ilin bərpa proqramına salınıb. Kələk kəndinə Şəmkir maşın kanalından su verilməsi məsələsinə gəldikdə isə, Şəmkirçay su anbarı və magistral kanalların istismarı idarəsindən bildirildi ki, aprelin 28-də kanala su vurulacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: