Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabaşaq bədxassəli şişlər və qocalmaya qarşı müdafiə üçün faydalıdır

Qarabaşaq bədxassəli şişlər və qocalmaya qarşı müdafiə üçün faydalıdır

Tarix: 3 May 2023 21:27

Qarabaşağın rasionda olması bədxassəli şişlər də daxil olmaqla, bir çox xəstəliyin profilaktikası effektini təmin edir. O həmçinin orqanizmdə bədxassəli şişlərin riskini artıran mənfi dəyişikliklərin qarşısını almaq üçün faydalıdır.

Sonxeber.net AZƏRTAC-a istinadla xəbər verir ki, bu effekt qarabaşağın tərkibində bir çox faydalı molekulun olması ilə əlaqədardır.

"Qarabaşaq diabet, artıq çəki, bədxassəli şişlərin inkişafı və qocalmaya qarşı müdafiə edir", - deyə diyetoloq Mixail Qinzburq bildirib.

Diyetoloqun fikrincə qarabaşağın böyük üstünlüklərindən biri onun aşağı kalorili olmasıdır, bu, onda uzunmüddətli toxluğu təmin etmək qabiliyyəti ilə bir araya gəlir. Yaşı 40-dan yuxarı olanlar üçün qarabaşaq bitki zülalının zəngin mənbəyi kimi faydalı olacaq.

Bundan başqa, Qinzburq qarabaşağın tərkibində böyük miqdarda maqneziumun olmasına diqqət yetirib. Bu mikroelement MBT-nin düzgün fəaliyyəti üçün vacibdir, ürək, sinir sistemi, öd kisəsinin dəstəklənməsini təmin edir.


Etiketlər:  Qarabaşaq bədxassəli şişlər qocalmaya qarşı müdafiə üçün faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ