Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan qeyri-neft ixracını 21 faiz artırıb

Azərbaycan qeyri-neft ixracını 21 faiz artırıb

Tarix: 5 May 2023 21:16

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,2 % artıb. O cümlədən, spirtli və spirtsiz içkilərin ixracında 6 dəfə artım olub.

Hesabat dövründə aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 9,1 % artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 1 il əvvələ nisbətən 53,8% artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

Milli.Az


Etiketlər:  Azərbaycan qeyri neft ixracını 21 faiz artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ