Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş ağrısına qarşı ən effektiv vasitə

Baş ağrısına qarşı ən effektiv vasitə

Tarix: 7 May 2023 21:57

Lavanda yağı bir çox cəhətdən müalicəvi təsirlərə malikdir.

Milli.Az xəbər verir ki, bu sözləri osteopat Vladimir Jivotov deyib.

O bildirib ki, yağ hipnotik və sakitləşdirici təsirə malikdir, dəridə iltihabı azaldır, əzələ spazmlarını və baş ağrılarını aradan qaldırır. Mütəxəssis izah edib ki, simptomlar müxtəlif olduğundan vasitədən istifadə üsulları da müxtəlif olmalıdır.

"Baş ağrısı varsa, gicgahbölgəsinə sürtmək yaxşıdır, yuxu probleminiz varsa, bir neçə damcı yastığa damcıladın, fiziki gücdən sonra əzələ ağrısını azaltmaq üçünsə vannaya əlavə etmək, şkafdan içinə lavanda gülü qoyulmuş paketlər asmaq olar - lavanda xoş ətir verir", - Jivotov Teleqram kanalında bildirib.

Həkim əlavə edib ki, bu yağdan aroma lampalarında, medalyonlarda, hava nəmləndiricilərində, inhalyasiyalarda və vannalarda istifadə etmək olar, əsas odur ki, keyfiyyətli olsun. Ekspertin sözlərinə görə, əsl lavanda yağı ucuz deyil. (publika.az)

Milli.Az


Etiketlər:  Baş ağrısına qarşı ən effektiv vasitə


RƏYLƏR