Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2023 12:42
Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onun qarşısını ev şəraitində almaq heç də çətin deyil.
Aşağıdakı vasitələrlə həm əl, həm də ayaqdakı göbələyi sağalda bilərsiniz:
Kofe dəmləyib, dırnaqlarını içərisində 20 dəqiqə saxlayın. Bu prosesi gündə bir dəfə, 1 həftə ərzində edin.
Suya bir az duz, çay sodası və şərab sirkəsi töküb, ayaqlarınızı və əllərinizi vanna edin.
Nanəni əzib, bir az duz töküb, göbələk olan hissəyə düzün. 1 saat saxladıqdan sonra yuyun.