Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təravətli dəriyə sahib olmanın qısa yolları

Təravətli dəriyə sahib olmanın qısa yolları

Tarix: 14 May 2023 17:42

Yorğun keçən günün sonunda və ya yuxusuz gecənin ardından xüsusən də üz dərisi solğun görünür.

Milli.Az Axşam.az-a istinadən ev şəraitində cildinizi qısa müddətdə canlandıraraq günə daha gümrah başlamağınıza yardımçı olacaq üsulları təqdim edir.

Prosesləri həyata keçirməzdən əvvəl dərinizi yaxşı təmizləyinizə əmin olun.

Üzünüz mat və cansızdırsa, alma suyunu bal ilə qarışdırın. Üzünüzə nazik bir təbəqə çəkib 5 dəqiqə saxlayın.

Qaralmış və şişkin görünən göz torbaları üçün kartofdan istifadə edin. Kartofu incə doğrayın, gözlərinizin altına qoyub, 15 dəqiqə saxlayın.

Quru dərini nəmləndirmək üçün kəsmik və xamanı qarışdıraraq maska ​​hazırlayın və cildinizə tətbiq edin. 

Yağlı dərilər üçün çırpılmış yumurta ağını zeytun yağı və bir neçə damcı limon suyu ilə qarışdıraraq üzünüzə çəkə  bilərsiniz.

Normal dərilər üçün isə banan və qreypfrutdan istifadə olunaraq hazırlanan maska üzünüzdəki bütün problemlərdən qısa müddətdə qurtulmağınıza yardımçı olacaq.

Milli.Az


Etiketlər:  Təravətli dəriyə sahib olmanın qısa yolları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ