Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alen Delonun oğlu olduğu iddia edilən şəxs mənzilində ölü tapıldı

Alen Delonun oğlu olduğu iddia edilən şəxs mənzilində ölü tapıldı

Tarix: 21 May 2023 12:00

Fransız aktyoru Alen Delonun oğlu olduğu iddia edilən fotoqraf Kristian Aaron Boulone Parisdəki mənzilində ölü tapılıb. Onun 60 yaşı olduğu bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, hadisə vaxtı mərhumun yanında qadın olub.

Lakin qadının səhhəti pisləşən şəxsə yardıma cəhd etməməsi hüquq mühafizə orqanlarında şübhələrə yol açıb.

Bu səbəbdən qadın həbs edilib.

Qeyd olunur ki, qadın ölüm şəraiti aydınlaşana qədər həbsdə qalacaq.

Milli.Az


Etiketlər:  Alen Delonun oğlu olduğu iddia edilən şəxs mənzilində ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ