Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lansarote Konvensiyasının təsdiq edilməsi ölkəmizdə uşaq hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək

Lansarote Konvensiyasının təsdiq edilməsi ölkəmizdə 
uşaq hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək

Tarix: 23 Oktyabr 2019 13:28

Bakı. Trend:

Məlum olduğu kimi, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırılması, habelə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və respublikamızın mühüm beynəlxalq sənədlərə qoşulması sahəsində davamlı iş aparılır.

2007-ci il oktyabrın 25-də Lansarotedə imzalanmış “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının müvafiq bəyanatla təsdiq edilməsi ilə bağlı qanun layihəsinin ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunması Azərbaycan dövlətinin üzərinə götürdüyü ali məqsədə - insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinə sadiqliyini bir daha nümayiş etdirir.

Ölkəmizin uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənəd olan bu Konvensiyaya qoşulması uşaqlara qarşı zorakılığın bütün formaları kimi cinsi zorakılıq ilə mübarizənin preventiv, müdafiəedici, müvafiq cinayət-hüquqi aspektlərinə yönəlmiş tədbirlərin, habelə zərərçəkənlərin reabilitasiyası proqramlarının təkmilləşməsinə və tətbiqinə xidmət edəcəkdir.

Ombudsman uşaqların müdafiəsi sahəsində beynəlxalq əhəmiyyətli sənəd olan bu Konvensiyanın təsdiq edilməsi təşəbbüsünə görə ölkə Prezidentinə təşəkkür məktubu ünvanlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Lansarote Konvensiyasının təsdiq edilməsi ölkəmizdə uşaq hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ