Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 17:15
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.
Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".