Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2023 18:48
Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Dost ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə
Zati-alinizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırıram.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.
Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm".