Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 07:48
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns gizli şəkildə Çinə səfər edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Faynənşl Tayms" nəşri məlumat yayıb.
Qeyd olunub ki, ötən ay baş tutan səfərin məqsədi iki ölkə arasında münasibətləri nizamlamaq olub.
Məlumata görə, MKİ rəhbəri Pekində rəsmi şəxslər və ölkə kəşfiyyatının nümayəndələri ilə danışıqlar aparıb.