Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO

Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO

Tarix: 14 Iyun 2023 13:54

Erməni sakinlər "Laçın" sərhəd-buraxılış məntəqəsindən rahat şəkildə keçid edirlər.

Milli.Az xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində erməni sakinlərin sənədləri yoxlandıqdan sonra onların təhlükəsiz şəkildə keçidi təmin olunur.

"Laçın" sərhəd-buraxılış məntəqəsi bütün müasir texnologiyalarla təchiz olunduğundan, ən müasir texnoloji yeniliklərdən istifadə edilməklə Qarabağın erməni sakinlərinə sürətli və operativ xidmət göstərilir.

Qeyd edək ki, "Laçın" sərhəd-buraxılış məntəqəsi bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində, Həkəri çayının üzərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulub. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub.

Sərhəd-buraxılış məntəqəsindəki proseslə əlaqədar son görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Erməni sakinlər Laçın sərhəd buraxılış məntəqəsindən maneəsiz keçirlər VİDEO


RƏYLƏR