Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 13:45
Bilirsiniz ki, 30 il ərzində Azərbaycan Ermənistanla danışıqlarda iştirak edirdi, onlar da heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun döyüş ruhu ərazi bütövlüyümüzü bərpa etdi.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.
Ərazi bütövlüyümüzün bərpasının danışıqlar və ya hər hansı vasitəçilik hesabına baş vermədiyini vurğulayan dövlətimizin başçısı deyib: "Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla razı olmadıq, biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı döyüşərək aldıq".