Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk

Tarix: 17 Iyun 2023 11:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev məktubunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Günü münasibətilə Krala və onun simasında bütün Britaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.

"Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Əlahəzrət III Çarlza möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətində uğurlar, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq diləyib.

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ