Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Bakı: ''Ermənistan təhrikçi hərəkətlərə son qoymalıdır və öhdəliklərini yerinə yetirməlidir''

Rəsmi Bakı: ''Ermənistan təhrikçi hərəkətlərə son qoymalıdır və öhdəliklərini yerinə yetirməlidir''

Tarix: 17 Iyun 2023 14:03

"Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoymalı, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini yerinə yetirməlidir".

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın iyunun 16-da səsləndirdiyi bəyanatına dair şərhində bildirilib.

O vurğulayıb ki, Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmindədir.


Etiketlər:  Rəsmi Bakı Ermənistan təhrikçi hərəkətlərə qoymalıdır öhdəliklərini yerinə yetirməlidir


RƏYLƏR