Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda qadın boğularaq öldürülüb

Naxçıvanda qadın boğularaq öldürülüb

Tarix: 19 Iyun 2023 10:06

İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


Etiketlər:  Naxçıvanda qadın boğularaq öldürülüb


RƏYLƏR