Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2023 22:54
Türkiyənin Ordu şəhərində qayınanasının evində təmizlik işləri aparan 29 yaşlı Nazan Başkaya pəncərəni təmizləyərkən müvazinətini itirərək 5-ci mərtəbədən yıxılıb.
Sonxeber.net Medianews.az-a istinadən xəbər verir ki, qadının qışqırtısını eşidən qonşular vəziyyəti dərhal təcili yardıma bildirdilər.
Qorxulu anlar ərazidəki kameraya düşüb.
Qısa müddətdə hadisə yerinə gələn təcili yardım hadisə yerində etdikləri ilk müdaxilənin ardından qadını xəstəxanaya aparıb.
Gənc qadının ağır yaralandığı öyrənilərkən, polis qrupları mövzuyla əlaqədar araşdırma başladıb.