Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2023 22:22
Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarının qalibi adını qazanıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 67 kq çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı finalda yunanıstanlı Dionisios Xenosla üz-üzə gəlib.
Təmsilçimiz qrup mərhələsində olduğu kimi, bu dəfə də rəqibinə şans verməyib. Döyüşü aktivinə yazan Ağalarzadə Polşada qızıl medala yiyələnib. Bu həm də, Azərbaycan millisinin Krakov-2023-də ilk mükafatı olub.
O, qrup mərhələsində İv Tadiss (Macarıstan), Toni Pissino (İsveçrə) və Dionisios Xenosa (Yunanıstan) qalib gəlib. Tural yarımfinalda isə polşalı Miloş Sabieçkini məğlub edib.
Qeyd edək ki, Ağalarzadə fərqli, digər 3 karateçimiz Oyunları mükafatsız bitirib.