Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2023 07:12
İyunun 26-da keçirilən ticarət sessiyası zamanı Türkiyə valyutasının dollara nisbətdə məzənnəsi tarixdə ilk dəfə olaraq 26 lirəni keçib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Türkiyə Mərkəzi Bankının milli valyutaya dəstək tədbirlərlərini dayandırmağa başlamasından sonra lirə antirekord vurub. Bu səbəbdən valyuta hər gün 3% dəyər itirib. Bununla da bir dollar üçün məzənnə 26,05 lirəyə qalxıb.
Ümumilikdə ilin əvvəlindən valyuta 28% ucuzlaşıb.