Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stoltenberq Rusiyada baş verənləri bu ölkənin daxili işi adlandırıb

Stoltenberq Rusiyada baş verənləri bu ölkənin daxili işi adlandırıb

Tarix: 28 Iyun 2023 11:26

Ötən həftəsonu hadisələrdən sonra NATO Rusiyanı qiymətləndirməməlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv olan bir sıra dövlətlərin liderləri ilə Haaqada görüşündən sonra deyib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı gələcək danışıqlarda Kiyevin mövqeyini gücləndirmək üçün Ukraynanın mümkün qədər çox ərazi götürə bilməsini təmin etməlidir.

"Biz hamımız ötən həftəsonu hadisələri gördük. Bu, Rusiyanın daxili işidir. Bununla belə, Rusiyanı qiymətləndirməmək lazım deyil", - o deyib.

Stoltenberq həmçinin vurğulayıb ki, NATO özünün müdafiə və çəkindirmə gücünü hərtərəfli artırmalıdır.

Ona görə də Vilnüsdə keçiriləcək sammitdə liderlər alyansın şərq cinahında yeni qüvvələrin yerləşdirilməsi üçün hərbi planlar qəbul edəcək və hava hücumundan müdafiə sisteminin yaradılmasını təsdiq edəcək.

Milli.Az


Etiketlər:  Stoltenberq Rusiyada baş verənləri bu ölkənin daxili işi adlandırıb


RƏYLƏR