Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri açıqlanıb

Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri açıqlanıb

Tarix: 28 Iyun 2023 20:16

UEFA Konfrans Liqasının 2024 və 2025-ci illərdəki final oyunlarının yeri müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin iclasında turnirdə 2024-cü ilin həlledici görüşünün Afinaya (Yunanıstan), 2025-ci ildə isə finalın Vroslava (Polşa) həvalə olunması qərara alınıb.

Afinadakı "Aqya Sofiya" stadionu yeni olduğundan və beynəlxalq səviyyədə heç vaxt istifadə edilmədiyindən, UEFA orada baxış keçirəcək. Təsdiq üçün şərt olaraq müşahidə müddəti müəyyən edilib.

Bundan başqa, 2025-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalına Portuqaliyanın paytaxtı Lissabon, 19 yaşadək qızlar arasında Avropa çempionatına isə Polşa ev sahibliyi edəcək.

Milli.Az


Etiketlər:  Konfrans Liqasının 2024 2025 ci illərdəki final oyunlarının yeri açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ