Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-may aylarında Marmara Adası limanı 400-dən çox gəmi qəbul edib

Yanvar-may aylarında Marmara Adası limanı 400-dən çox gəmi qəbul edib

Tarix: 29 Iyun 2023 11:34

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Marmara Adası limanı 457 gəmi qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Marmara Adası limanı Türkiyə bayrağı altında üzən 421, digər ölkələrin bayraqları altında üzən 36 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 559 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 885 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 175 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 388, Türkiyə bayrağı altında olan gəmilər isə 6 min 837 olub.

Milli.Az


Etiketlər:  Yanvar aylarında Marmara Adası limanı dən çox gəmi qəbul edib


RƏYLƏR