Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-may aylarında Tuzla limanı 300-dən çox gəmi qəbul edib

Yanvar-may aylarında Tuzla limanı 300-dən çox gəmi qəbul edib

Tarix: 1 Iyul 2023 10:40

2023-cü ilin yanvar-may aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Tuzla limanı 308 gəmi qəbul edib.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Tuzla limanı Türkiyə bayrağı altında üzən 205, digər ölkələrin bayraqları altında üzən 103 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 3 min 885 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 674, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 5 min 559 olub.

2023-cü ilin yanvar-may aylarında Türkiyə limanları 16 min 388 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 837, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 175 olub.

Milli.Az


Etiketlər:  Yanvar aylarında Tuzla limanı dən çox gəmi qəbul edib


RƏYLƏR