Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya milyarderləri ilin əvvəlindən 9,3 milyard dollarlıq səhm satıblar

Dünya milyarderləri ilin əvvəlindən 9,3 milyard dollarlıq səhm satıblar

Tarix: 3 Iyul 2023 08:20

Dünyanın ən zəngin 21 milyarderi ilin əvvəlindən 9,3 milyard dollarlıq səhm satıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.

Uğurlu səhm satıcılarına Rob Uolton, Joe Gebbia və Larri Ellison daxildir.

"Forbes" tərəfindən siyahıya alınan ən böyük sövdələşmələrdən biri Rob Uoltonun pərakəndə satış şirkəti "Walmart"ı 1,1 milyard dollara satmasıdır. Gebbia "Airbnb"ni 890 milyon dollara, Larri Ellison isə "Oracle Corporation"ı 850 milyon dollara satıb.

Jurnal son bir ildə siyahıdakı milyarderlərin demək olar ki, yarısının yoxsullaşdığını təxmin edir. Sərvətin bu cür azalmasına misal olaraq təxminən 40 milyard dollar itirmiş İlon Maskı göstərmək olar.

Milli.Az


Etiketlər:  Dünya milyarderləri ilin əvvəlindən 93 milyard dollarlıq səhm satıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ