Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stiven Cerrard Səudiyyə Ərəbistanı klubunda

Stiven Cerrard Səudiyyə Ərəbistanı klubunda

Tarix: 3 Iyul 2023 23:50

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandasının baş məşqçisi təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.

İngiltərəli çalışdırıcı məşqçilik karyerasına 2017-ci ildə "Liverpul"un gənclər komandasında başlayıb. 2019-cu ildə Şotlanidya "Reyncers"inin sükanı arxasına keçən Cerrard 3 il sonra "Aston Villa"ya baş məşqçi təyin olunub.

O, 2022-ci ilin oktyabrında uğursuz nəticələrə görə Birmingem təmsilçisindən istefaya göndərilib.

Milli.Az


Etiketlər:  Stiven Cerrard Səudiyyə Ərəbistanı klubunda


RƏYLƏR