Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2023 08:46
Azərbaycanda zəlzələ baş verdiyi andan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə yenidən təkanların olacağı ilə bağlı saxta məlumatlar paylaşılır.
Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, yayılan məlumatda guya gecə saatlarında yeni dalğaların olacağı bildirilir. Məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas da özünü feysbuk hesabında paylaşım edib. O da qeyd edib ki, zəlzələ haqqında yayılan proqnoz fotosu saxtadır:
"Google (Android) belə imkana sahib deyil. Ümumiyyətlə zəlzələnin proqnozunu verən texnologiya yoxdur. Texnologiyalar sadəcə zəlzələdən saniyələr əvvəl yayılan P dalğalarını təyin edərək, bir neçə saniyə öncə xəbərdarlıq edə bilir".