Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ilə Misir qarşılıqlı səfir təyin edəcəklər

Türkiyə ilə Misir qarşılıqlı səfir təyin edəcəklər

Tarix: 4 Iyul 2023 11:38

Türkiyə ilə Misir diplomatik əlaqələri bərpa edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə Qahirə səfiri vəzifəsinə səfir Salih Mutlu Şenin, Misir isə Ankara səfiri vəzifəsinə Amr Elhamaminin namizədliyini irəli sürüb.

"Türkiyə və Misir prezidentlərinin qəbul etdiyi qərara uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin yüksəldilməsi praktiki olaraq həyata keçirilib. Bu addım iki ölkə arasında münasibətlərin yenidən normallaşmasına yönəlib və ikitərəfli münasibətləri Türk və Misir xalqlarının maraqlarına xidmət edir", - deyə nazirlikdən bildirilib.

Məlumat üçün bildirək ki, Misir və Türkiyə arasında əlaqələr 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra pisləşib. 2020-ci ilin avqust ayından münasibətlər normallaşmağa başlayıb. 2021-ci il 5-6 may və 7-8 sentyabr tarixlərində Qahirə və Ankarada Xarici İşlər nazirlərinin müavinlərinin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib. 


Etiketlər:  Türkiyə ilə Misir qarşılıqlı səfir təyin edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ