Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb - FOTO

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb - FOTO

Tarix: 6 Iyul 2023 23:12

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.

Federasiyadan Milli.Az-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.

Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi eyni uğuru təkrarlayıb.

Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Milli.Az


Etiketlər:  Avropa çempionatı Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ