Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Azərbaycan investorları Albaniyada sərmayə layihələrini nəzərdən keçirməyə hazırdırlar

İlham Əliyev: Azərbaycan investorları Albaniyada sərmayə layihələrini nəzərdən keçirməyə hazırdırlar

Tarix: 7 Iyul 2023 15:18

Bu gün biz ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq, gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar.

"Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və münasibətlərimizdə, həmçinin yeni səhifə açılacaq", - deyə Prezident əlavə edib.


Etiketlər:  İlham Əliyev Azərbaycan investorları Albaniyada sərmayə layihələrini nəzərdən keçirməyə hazırdırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ